Bakıda avtomobil dəmir yol ayrıcısına çırpıldı - 1 nəfər öldü

26 Aprel 2018 23:21 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı-Salyan magistral avtomobil yolunun 14-cü kilometrliyində, Yasamal rayonu ərazisində ”Hyundai” markalı minik avtomobili dəmir yol ayrıcısına çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.