Azərbaycan prezidenti Böyük Britaniyanın baş naziri ilə görüşdü

26 Aprel 2018 20:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.

Qeyd edək ki, Tereza Meyin dəvəti ilə Britaniyaya səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Londonda Krallığın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed və Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkanla da görüşüb.