Dünənin yol qəzaları- 1 ölü, 6 yaralı

27 Aprel 2018 09:25 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.