29 yaşlı kişini əqrəb sancdı - Foto

27 Aprel 2018 10:21 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndinin Avaztəpə yaşayış massivində baş verib. Orada yaşayan 1989-cu il təvəllüdlü Əhmədov Bəhruz Məzahir oğlunun həyətdə iş görən zaman əqrəb sancdığı bildirilir.

Ayağını əqrəb sancan B.Əhmədov dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

AzNews.az