Ulduz pilotların avtoqraf sessiyasında maraqlı anlar - Foto

27 Aprel 2018 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sürətli günə Formula 2 sərbəst yürüş sessiyası ilə start verildi.

Nə vaxtsa Formula 1-də çıxış edəcəyinə ümid edən gənc pilotlar Bakı trekində ilk məşqlərinə çıxıblar. Paralel vaxtda isə yüksək seriyada mübarizə aparan Haas, Williams, Ferrari pilotları dənizkənarı bulvarda fanatları ilə görüşərək, onlara imzalarını təqdim edib.

Qeyd edək ki, 13:00 - 14:30 arası Formula 1 pilotları da ilk sərbəst yürüşlərini edərək, trekdəki döngələrdən daha sürətli və təhlükəsiz keçməyin yollarına baxacaqlar.