BAXCP istefalarla bağlı təkzib edir

16 Mart 2013 12:12 (UTC+04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Baş katibi Söhrab Abdullayev BAXCP Goranboy rayon təşkilatının sədri Maşallah Abdullayevin və rayon təşkilatının digər üzvlərinin partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

APA-nın məlumatına görə, Söhrab Abdullayev bildirib ki, Maşallah Abdullayevin partiyadan getməsi və "El" hərəkatına qoşulması ilə bağlı məsələ BAXCP İdarə Heyətinin martın 18-də keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək: "Maşallah Abdullayevlə yanaşı BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil. Maşallah Abdullayevə isə uğurlar arzılayırıq".

AzNews.az