Çağatay Ulusoya 4 il 2 ay həbs cəzası verildi

16 May 2018 17:48 (UTC+04:00)

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında aktyor Çağatay Ulusoy, aktrisa Gizem Karaca, müğənni Cenk Eren, menecer Selin Boronkayın da olduğu 34 nəfər haqqında həbs qərarı çıxıb. Məhkəmə Çağatayla Gizemə hər birinə ayrı-ayrılıqda "narkotik alveri ilə məşğul olmaq" cinayətinə görə 4 il 2 ay həbs cəzası verib.

Cenk isə 6 il 3 ay həbs yatacaq.

AzNews.az