Azərbaycan prezidenti Norveç kralını təbrik etdi

16 May 2018 18:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.