Azərbaycanlı vokalist ABŞ-da klip çəkdirdi - Video

18 May 2018 13:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Behind the Curtain” adlı mahnısının sözləri və musiqisi Eminə məxsusdur. Bu işdə ona “Qremmi” mükafatçısı, məşhur amerikalı bəstəkar Karl Karter kömək edib. Mahnını Dryu Skot aranjeman edib. Klipin rejissoru isə Emin Eminzadədir. “Behind the Curtain” adlı mahnıya çəkilən klipn çəkilişlər Hollivudda baş tutub.

Qeyd edək ki, Emin Eminzadə ABŞ-ın Texas ştatında tələbə mübadiləsi əsasında təhsil alır. O, “American Musical and Dramatic Academy”də təhsil alan ilk azərbaycanlıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az