Dünya çempionatları tarixinə düşmüş hakim vəfat etdi

18 May 2018 15:00 (UTC+04:00)

"Report"un məlumatına görə, Babacan 88 yaşında dünyasını dəyişib. O, həm də mundiallarda iştirak etmiş ilk türkiyəli hakim kimi tarixə düşüb. 1974-cü ildə Almaniyada keçirilmiş dünya çempionatına qatılan Babacan çilili futbolçu Karlos Kasseliyə qırmızı vərəqə göstərib. Kasseli Almaniya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsa qarşı kobudluq etdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, dünya çempionatlarında qırmızı vərəqənin tətbiqi 1970-ci ildən başlasa da, hakimlər bundan istifadə etməyiblər.

AzNews.az