Azərbaycandan Rusiyaya qanunsuz şəkildə 5 min ədəd qərənfil aparılmayıb - DGK

19 May 2018 14:57 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, Dövlət Gömrük Komitəsi bəyan edib ki, 17 may 2018-ci il tarixdə Azərbaycandan Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib.

"Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan Respublikası vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur", - deyə məlumatda vurğulanıb.

AzNews.az