Ləğv prosesində olan bankların müştəriləri kreditləri belə ödəyəcək

19 May 2018 15:21 (UTC+04:00)

Ləğv prosesində olan bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında “Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.

Ləğv prosesində olan bankların kredit müştəriləri Hökumət Ödəniş Portalının internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.

AzNews.az