Merkel məhkəməyə verildi

19 May 2018 20:20 (UTC+04:00)

“Qafqazinfo”nun “Die Zeit” nəşrinə istinadən verdiyi xəbərə görə, qeyd olunur ki, alman parlamenti (Bundestaq) miqrasiya siyasətinin müəyyənləşdirilməsində iştirak etmək hüququna malikdir.

Partiyada hesab edirlər ki, kanslerin 2015-ci ildə imzaladığı Avstriya-Almaniya arasında sərhədin açılmağı ilə bağlı qərarına yenidən baxış keçirilməlidir.

“Bu şikayət dünyanı dəyişə bilər. Və istənilən nəticəyə gətirib çıxarsa, dünya dəyişəcək”, -deyə partiyanın vəkili Stefan Brandner bildirib.

O, həmçinin vurğulayıb ki, əgər siyasətçilər məqsədlərinə çatsalar, Merkeli istefaya da göndərmək olar.

AzNews.az