Marseldə dəmiryolu vağzalı təxliyə edildi

19 May 2018 22:29 (UTC+04:00)

Trend-in "Provence"yə istinadən verdiyi məlumata görə, təxliyəyə səbəb vağzalda şübhəli şəxsin saxlanılması olub.

Məlumata əsasən, vağzalda əlində şübhəli çanta olan şəxs saxlanılıb. Saxlanılarkən o sənədlərini təqdim etməkdən imtina edib və bildirib ki, çantasında partlayıcı qurğu yoxdur.

Hazırda istehkamçılar çantanı yoxlayırlar, qatarların həkəti bir müddətlik dayandırılıb.

AzNews.az