Yəməndən Səudiyyə Ərəbistanına atılan raket vuruldu

19 May 2018 23:43 (UTC+04:00)

Trend-in "Al-Hadath"a istinadən verdiyi məlumata görə, raket krallığın cənub-qərbində yerləşən Xamis-Muşayt rayonu üzərində vurulub.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbçilərinin sözlərinə görə, münaqişə dövründə ümumilikdə husilər tərəfindən atılan 120 raket vurulub.

AzNews.az