Ərdoğana sui-qəsd hazırlandı? - Hökumət sözçüsündən açıqlama (Foto)

20 May 2018 10:25 (UTC+04:00)

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Makedoniyanın paytaxtı Skopyedə yaşayan türklər "Prezident Ərdoğana Balkan ölkələrinə ziyarəti zamanı sui-qəsd cəhdi olacaq" deyə xəbərdarlıq ediblər. Müxtəlif mənbələrdən gələn bənzər məlumatlar Türkiyənin xüsusi xidmət orqanlarını hərəkətə keçməyə vadar edib. Sui-qəsd planı, gerçəkləşdirləcəyi gün, yer, planlanan metod - digər məsələlərlə bağlı araşdırmalara başlanılıb.

Məsələ ilə bağlı hökumət sözçüsü Bekir Bozdağ açıqlama verib:

"Prezidentə sui-qəsd xəbərləri yeni deyil və hər zaman olub. Ərdoğan təzyiq, hədə və ölüm qorxusuyla yolundan dönəcək biri deyil. Bu qədər baş verənlərdən sonra bunu bilməyənlər axmaqlardır".

AzNews.az