Dünyaca məşhur şirkətlər qrupunun prezidenti vəfat etdi

20 May 2018 11:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Böyüklüyünə görə dördüncü konqlomerata 23 il rəhbərlik edən Ku Bon Mu Seulda dünyasını dəyişib.

Ölüm səbəbinin uzun sürən xəstəlik olduğu bildirilir. O, 2017-ci ildə də bir neçə ağır əməliyyat keçirib.

Qeyd edək ki, Ku Bon Mu "LG"-nin üçüncü sədri idi və 1995-ci ildən bəri şirkətə rəhbərlik edirdi. Rəhbərliyi zamanı şirkəti bir qədər də böyüdərək elektronika, kimya və telekommunikasiya kimi 3 yeni sahə yaratmışdı.

AzNews.az