"Real" azərkeşləri ÇL finalının biletlərini geri qaytarırlar - Səbəb?

20 May 2018 12:45 (UTC+04:00)

AzNews.az bu barədə İndependent-ə istinadən xəbər verir.

Bildirilir ki, qərarın qəbul edilməsinə səbəb, Kiyevdə keçiriləcək matç üçün səyahət qiymətlərinin artırılması, həmçinin bəzi logistika çətinlikləri olub.

Əvvəlcə 24 mindən çox klub abunəçisi İspaniya milli çempionatının rəhbərliyi tərəfindən təqdim olunmuş biletlər üçün ərizə verib. Lakin problemin yaranması səbəbindən fanatlar biletləri geri qaytarmağa başlayıblar. Onlardan 12 min 802 nəfəri bilet alıb.

ÇL-ın mayın 26-da Kiyevin (Ukrayna) "Olimpiyski" stadionunda keçiriləcək final matçında 35 min azarkeşin iştirakı gözlənilir.