Jah Khalib Azərbaycan Ordusunda xidmət etmək istəyir – Video

20 May 2018 16:32 (UTC+04:00)

AzNews.az OXU.az-a istinadən xəbər verir ki, veriliş zamanı repçi Azərbaycan Ordusunda xidmət etmək istədiyini bildirib.

“Mənim məqsədim var. 2-3 ildən sonra hərbi xidmətə getmək istəyirəm. Azərbaycanda dostum var. O, xüsusi təyinatlıların hazırlanması ilə məşğuldur. Hər zaman mənə deyir ki, cəsarətlə buraya gəl. Orduda snayperçi olmaq istərdim. Çünki çox səbrliyəm”.

Xatırladaq ki, Jah Khalib son illər Qazaxıstanın ən uğurlu ifaçılarındandır. Onun anası qazax, atası isə azərbaycanlıdır.