Güclü yağış Ankaranı selə qərq etdi

20 May 2018 20:25 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, təxminən 15 dəqiqə davam edən yağış güclü selə səbəb olub. Vətəndaşlara və şəhər təsərrüfatına böyük ziyan dəyib. Avtobuslar və minik maşınları tunellərdə qalıb.

Əraziyə çoxlu sayda xilasetmə qüvvələri cəlb olunub.