Trampla Kim Çen In arasında görüş ləğv edilməyib

20 May 2018 21:36 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, Tramp bu görüşü Cənubi Koreya Respublikasının prezidenti Mun Çje İnlə telefon danışığında müzakirə edib. ABŞ və Cənubi Koreya rəhbərləri bu məsələ ilə bağlı sıx koordinasiyanı davam etdirirlər.

Donald Trampla Kim Çen Inın görüşü iyunun 12-ə planlaşdırılır. Görüş Sinqapurda keçirilməlidir.