“İrəvanın bu bəyanatı məsuliyyətsiz və əsassızdır” - Müdafiə Nazirliyi

21 May 2018 09:03 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.

“Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit qalmaqda davam edirdi, lakin Ermənistanın müdafiə və xarici işlər nazirləri oraya baş çəkdikdən sonra Ermənistan silahlı qüvvələri təxribat həyata keçirməyə başlayıblar”, - deyə Nazirlikdə əlavə ediblər.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan hissəsində Ermənistan ordusunun təxribatının qarşısını alarkən Azərbaycan hərbçisi Tatarov Adil Əli oğlu şəhid olub.

AzNews.az