Messi beşinci dəfə “Qızıl buts”un sahibi oldu

21 May 2018 11:49 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, argentinalı forvard öz karyerası ərzində beşinci dəfə “Qızıl buts” mükafatı alıb.

Mükafatı ona “Barselona” klubunda axırıncı oyununa çıxan Andres İnyesta sonuncu turda “Real Sosyedad”la keçirilən qarşılaşmada təqdim edib.

“Qızıl buts” mükafatına beşinci dəfə sahib olmaq üçün L.Messi ötən La Liqa oyunlarında 34 qol vurub. O, həmin mükafatı daha əvvəl 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (34 qol) il mövsümlərində qazanıb.

AzNews.az