Daha bir nazir Azərbaycana gəlir

21 May 2018 14:32 (UTC+04:00)

Bu barədə Trend-ə Bolqarıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Məlumata əsasən, nazir “Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Asiyada enerji təhlükəsizliyi” beynəlxalq konfransında iştirak edəcək.

Konfrans iştirakçıları Cənub-Şərqi Avropanın və Balkan regionunun enerji təhlükəsizliyini, Azərbaycanın Avropaya qaz tədarükü marşrutlarının diversifikasiyasında rolu, Avropa enerji ittifaqının inkişafı, Bolqarıstanın Avropanın enerji təhlükəsizliyində və “Cənub Qaz Dəhlizi” layihəsində reallaşdırılmasında rolu və digər məsələləri müzakirə edəcəklər.

AzNews.az