“Serbiya Azərbaycan üçün dost ölkədir” - Aleksandr Vuçiç

21 May 2018 14:38 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

Serbiya prezidenti deyib ki, Serbiya Azərbaycan üçün dost bir ölkədir: “Biz Bakıda özümüzü ən yaxın dostlarımızın evində hiss edirik. Cənab prezident, mən sizin fəaliyyətinizə xüsusi önəm verirəm. Siz ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlamaq üçün böyük səy göstərirsiniz, çünki çox gərgin bir şəraitdə ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, sizin siyasətinizi dəstəkləyən ölkələrlə yaxşı münasibətlər qurmusunuz. Bu, çox çətin məsələdir. Biz Serbiya olaraq bu siyasətə çox böyük önəm verir və hörmət bəsləyirik. Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir”.

AzNews.az