"Meksika Azərbaycanla ticarət əlaqələrini fəallaşdırır" - Səfir

21 May 2018 18:14 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfir bildirib ki, bu missiyaların tərkibinə tekila, meskal kimi spirtli içkilərin, eləcə də salsa sousu və konserv məmulatların istehsalçıları daxil ola bilər:

“Ticarət missiyalarının Azərbaycana təqribi gəliş vaxtı bu ilin iyul və oktyabr, eləcə də 2019-cu ilin iyun aylarıdır”.

R.Labardininin sözlərinə görə, bu ilin aprel ayında Azərbaycana gəlmiş ticarət missiyası doqquz müqavilə imzalayıb. Missiya 5 tekila istehsalçısından ibarət idi.

AzNews.az