"Qəbələ" - "Qarabağ" matçında dava - Video

21 May 2018 20:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Qəbələ"nin kapitanı Cavid Hüseynov Ağdam komandasının futbolçusu Dani Kintana ilə toqquşub. Bu zaman Hüseynov Kintananın sifətinə dirsək zərbəsi endirib. "Qarabağ"ın kapitanı Rəşad Sadıqov 30 yaşlı yarımmüdafiəçiyə etiraz edib. Bu zaman "Qəbələ"nin oyunçusu Sadıqovu da qolundan itələyib.

Baş hakim Rəşad Əhmədov isə Hüseynovu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, ilk yarıdan sonra "Qarabağ" hesabda öndədir - 1:0.