Babək prospektinin toz-torpağı sakinlərə problem olub - Video

21 May 2018 22:46 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, buna səbəb yolda əsaslı təmir işlərinin aparılması zamanı əraziyə suyun səpilməməsidir. Ərazidə bəzən elə toz olur ki, göz-gözü görmür.

Ərazidə yaşayanların sözlərinə görə, isti olmasına baxamayraq toz səbəbindən evlərinin pəncərələrini aça bilmirlər. Xüsuslə küləkli günlərdə toz daha çox olur. Bu yoldan keçən marşrut avtobuslarında da kondisoner olmasa da toza görə pəncəriləri baglı saxlamaga məcbur olurlar.

Babək prospektinin təmirini həyata keçiriən ''Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin'' sözçüsü Anar Nəcəflinin sözlərinə görə, ərazidə kommunikasiya xətləri çəkildiyindən qazıntı işləri aparılıb və bu da tozun yaranmasına səbəb olur. Problemin aradan qaldırılması üçün iş görülür.

Qeyd edək ümumu uzunlugu 18 kilometr olan ikitərəfli yolda əsaslı təmir işlərinin bu ilin avqust, sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.