Naxçıvanda zəlzələ oldu

22 May 2018 09:07 (UTC+04:00)

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ mayın 22-si, saat 06.32-də Naxçıvan şəhərində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3,4, dərinliyi 7 km olub.

Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AzNews.az