İranda göbələkdən zəhərlənib ölənlərin sayı 15-ə çatdı

22 May 2018 09:43 (UTC+04:00)

Trend-in məlumatına görə, 1017 nəfər xəstəxanada müalicəsini davam etdirir. 116 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yasudja Tibb Elmləri Universiteti bildirir ki, göbələklərin xarici görünüşü və dadı yeməli olan göbələklərdən fərqlənmir. Onların zəhərli olduğunu yalnız laborator eksperimentlər nəticəsində müəyyən etmək mümkündür.
Qeyd edək ki, zəhərlənmə halları əsasən İranın qərbində - Kirmanşah, Kürdüstan, Luristan, Zəncan, Qərbi və Şərqi Azərbaycan, eləcə də Həmədan əyalətlərində qeydə alınıb.

AzNews.az