Serbiya prezidenti Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər xiyabanında olub

22 May 2018 10:06 (UTC+04:00)

Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

A.Vuçiç mayın 22-də Şəhidlər xiyabanını da ziyarət edib.

Burada Serbiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident A.Vuçiç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Serbiya prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AzNews.az