Serbiya prezidenti görkəmli alim Nikola Teslanın abidəsini ziyarət etdi

22 May 2018 13:35 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Aleksandr Vuçiç Nikola Teslanın abidəsinin önünə gül dəstəsi qoyub.

Xatırladaq ki, açılışı 2013-cü ildə olmuş abidənin müəllifləri Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və Əməkdar Memar Sənan Salamzadədir. Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir.

Bakının mərkəzində yerləşən bu abidə Serbiya-Azərbaycan dostluğuna, əməkdaşlığına ucaldılan bir abidə hesab olunur. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılıb.

AzNews.az