Əfqanıstanda daha bir partlayış - Ölənlər var

22 May 2018 13:47 (UTC+04:00)

Trend-in məlumatına görə, polis partlayışın avtomobildə baş verdiyini bildirib. Məlumata görə, avtomobildəki partlayış intiharçı-terrorçu tərəfindən törədilib.

Partlayış nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

Regionda fəaliyyət göstərən heç bir radikal təşkilat partlayışa görə məsuliyyəti hələlik öz üzərinə götürməyib.

AzNews.az