“Nefti unutmaq lazımdır” - Cavid Qurbanov

22 May 2018 13:55 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclaısnda deyib. O qeyd edib ki, neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır: “Biz işləməliyik. Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir. Gömrükdə də işlər yoluna düşməkdədir. Allah bizə də insaf versin, biz də işləməliyik. Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir. Hər kəs öz işini görməlidir. Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək".

AzNews.az