Pakistanda şiddətli istilər 65 nəfərin həyatına son qoydu

22 May 2018 15:56 (UTC+04:00)

Trend-in məlumatına görə, ölkənin ən iri şəhərlərindən olan Kəraçidə temperatur 45 dərəcəyədək çatır.

Şəhərdə işıqların gün ərzində tez-tez kəsilməsi də sərinləşdirici qurğuları işə salmağa imkan vermir.

Qeyd olunur ki, Ramazan ayı davam etsə də, şəhər rəhbərliyi sakinləri çoxlu su içməyə və evdən çıxmamağa çağırır.

Xatırladaq ki, 2015-ci ildə Kəraçidə şiddətli isti 1200 nəfərin həyatına son qoymuşdu.

AzNews.az