Rusiyada erməni əsilli deputat mandatdan məhrum edildi

22 May 2018 16:38 (UTC+04:00)

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun öz gəlirlərini gizlətməsi olub.

A.Karapetyan 2016-cı il üzrə illik gəlirinə dair bəyannamədə 2 övladını və onların adına olan əmlakı göstərməyib.

Onun deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə dair qərarın lehinə 42, əleyhinə bir deputat səs verib. Bir deputat isə bitərəf qalıb, biri isə səsvermədə iştirak etməyib.

A.Karapetyan deputat mandatından məhrum edilməsi ilə razı olmadığını bildirib və qərarı özbaşınalıq kimi qiymətləndirib.

AzNews.az