Məşhur futbolçular mafiya ilə əlaqədə şübhəli bilinir

22 May 2018 17:49 (UTC+04:00)

Trend-in məlumatına görə, prokurorluq ispaniyalı qapıçı, dünya və Avropa çempionu Pepe Reyna, eləcə də Paolo Kannavaro ilə Salvatore Aronikanın “Kamorra” üzvləri ilə bir neçə dəfə görüşdüyünü müəyyən edib.

Qeyd olunur ki, futbolçular həmin şəxslərə matç biletləri də təklif edib.

“Kamorra” Neapolda fəaliyyət göstərən İtaliyanın ən iri mafiya təşkilatlarından biridir.

AzNews.az