Pambıq sahələrində əkin sovkası zərərvericisinə qarşı mübarizə tədbirləri başlayıb

22 May 2018 20:15 (UTC+04:00)

AzNews.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərində aparılan monitorinqlər nəticəsində 125 hektar sahədə payızlıq əkin sovkası (Agrotis segetum) aşkar edilib.

Mübarizə tədbirləri kimi dondurma şumu aparmaqla zərərvericinin qışlama ocaqları məhv edilir.

Payızlıq əkin sovkası əsasən pambıq, qarğıdalı, tütün, bostan-tərəvəz bitkilərinin yeni çıxan şitilləri ilə qidalanaraq onları məhv edir.