Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

22 May 2018 22:43 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, H.Əliyev prospektində yolu keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.