Parisdə hökumətə qarşı etirazlarda 100 tələbə saxlanıldı

23 May 2018 09:53 (UTC+04:00)

Trend-in məlumatına görə, polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Fransada bütün ölkə üzrə etirazlara 139 min insan qatılıb.

Etirazların yaranmasına səbəb hökumətin 2022-ci ilə qədər 120 min iş yerini məhdudlaşdırmaq qərarıdır.

Bu, keçən ilin mayında hakimiyyətə gəlmiş Emmanuel Makronun dövründə üçüncü böyük tətil sayılır.

AzNews.az