29 yaşlı oğlan özünü 6-cı mərtəbədən atdı

23 May 2018 11:00 (UTC+04:00)

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi ev 101, mənzil 57 ünvanında qeydə alınıb. Orada yaşayan 1989-cu il təvəllüdlü Zagirbəyov Samir Tahiroviç özünü 6-cı mərtəbədən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az