Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

23 May 2018 11:18 (UTC+04:00)

Bu barədə “Qafqazinfo” ya onun yaxınları məlumat verib. Bildirilib ki, hazırda T. İsgəndərəovun vəziyyəti yaxşıdır.

Xatırladaq ki, mayın 21-də tələbənin yaxınları onun itkin düşməsi barədə xəbər vermişdilər. Onun sonuncu dəfə şəhərdəki kazinoların birinə daxil olması haqqında məlumat vermişdilər. Valideynlər isə Gürcüstan polisinin axtarışlara etinasız yanaşmasından gileylənmişdi.

Qeyd edək ki, T. İsgəndərov Tiflisdə universitetlərin birinin II kurs tələbəsidir.

AzNews.az