Çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur

23 May 2018 12:11 (UTC+04:00)

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib.

O qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır: “Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.

H. Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin: "Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.

AzNews.az