Siyavuş Novruzov mətbuatı günahlandırdı

23 May 2018 12:18 (UTC+04:00)

APA-nın məlumatına görə, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.

“Məsələn, biri intihar edirsə, mətbuat bunu dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizlin saxlanırdı, indi isə sanki açıq təbliğ olunur. Düşünürəm bu barədə ciddi düşünməliyik”, - deyə o qeyd edib.

AzNews.az