Macarıstanda mikroavtobus qəzaya uğradı - 9 nəfər öldü

23 May 2018 12:28 (UTC+04:00)

“Report” RT-yə istinadən xəbər verir ki, məlumatı Rumıniyanın Daxili İşlər Nazirliyi yayıb.

Hadisə mayın 23-də gecə saatlarında Macarıstanın paytaxtı Budapeşt şəhərində baş verib.

Mikroavtobusun Rumıniya vətəndaşının olduğu bildirilib.

Məlumata görə, mikroavtobusun sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və yük maşını ilə toqquşub.

Ölənlərdən 4 nəfəri Rumıniya vətəndaşıdır. Qəzanın digər qurbanlarının şəxsiyyəti müəyyənləşdirilir.

AzNews.az