Ronaldo dünyanın ən məşhur idmançısı seçildi

23 May 2018 14:24 (UTC+04:00)

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın ESPN kanalı araşdırma aparıb. ABŞ-ın "Klivlend Kavalyers" komandasının basketbolçusu Lebron Ceyms 2-ci, İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi isə 3-cü olub.

Qeyd edək ki, siyahı hazırlanarkən idmançıların gəlirləri, sosial şəbəkədəki abunəçilərinin sayı və "Googla"da axtarış sorğusunun nəticələri təhlil edilib.

İlk "10-luq"da qərarlaşan idmançılar bunlardır.

1. Kriştian Ronaldo – futbol

2. Lebron Ceyms – basketbol

3. Lionel Messi – futbol

4. Neymar – futbol

5. Roje Federer – tennis

6. Tayqer Vuds – qolf

7. Kevin Dürant – basketbol

8. Rafael Nadal – tennis

9 Stefen Körri - basketbol

10. Fil Mikelson – qolf.

AzNews.az