Dünyanın ilk üzən atom stansiyasına yanacaq vurulacaq

23 May 2018 16:15 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə “Rosatom” məlumat yayıb. Bildirilir ki, “Academic Lomonosov” adlı AES yanacaq doldurmaq üçün Rusiyanın şimal-qərbindəki Murmanska gəlib. Üzən AES Murmanska getmək üçün Baltik, Şimal, Norveç və Barens dənizlərini keçərək 4 min kilometr yol qət edib.

Qarşıdakı aylarda yanacağın doldurulma prosesi tamamlandıqdan sonra “Academic Lomonosov” Rusiyanın uzaq şərqindəki Çukot muxtar diyarının Pevek şəhərinə gedəcək və 2019-cu ildə şəbəkəyə qoşulacaq.

“Rosatom” Dövlət Korporasiyasının baş direktoru Alexey Likhachev “Academic Lomonosov”un bu qəbildən olan ən unikal AES olduğunu deyib.

Təxminən 70 meqavat gücü olan AES 2021-ci ildə tam tutumda enerji istehsal edəcək. Üzən AES-in istismar müddəti 40 ildir. AES istilik və elektrik enerjisi istehsalı ilə yanaşı dəniz suyunun şirinləşdirilməsi üçün də istifadə olunacaq.

AzNews.az