Erməni prezident Azərbaycanın “Köçəri” rəqsini oynadı - Video

23 May 2018 17:06 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, hadisə Sarkisyanın Amulsars qızıl mədəninin istismarına etiraz edən ekoloqlarla görüşü zamanı baş verib.

Prezident sarayı qarşısına toplaşan etirazçılarla Sarkisyan şəxsən görüşüb . Aksiya iştirakçılarını dinlədikdən sonra onlarla birgə rəqs edib.

Xatırladaq ki, Azərbaycanın məşhur "Yallı" rəqsinin növlərindən olan "Köçəri" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına Ermənistanın qeyri-maddi irsi kimi daxil edilib.

AzNews.az