AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun İşıqlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikletin qarşısına çaqqalın çıxması səbəbindən sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə sürücü baş nahiyəsindən xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.