"Qarabağ"ın oyunçusu Türkiyə mətbuatında

23 May 2018 22:47 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, “Milliyət” qəzetində “Messini saymadı, Mayamini seçdi” başlığı ilə gedən yazıda Geryenin 1400 dollara otel sifariş etdiyi üçün Haiti millisinin heyətində Lionel Messiyə qarşı oyuna çıxmaq istəmədiyi qeyd olunub. Türkiyəli jurnalistlər Geryenin adi bir otel sifarişi üçün Messi kimi ulduzla qarşılaşmadan imtina etməsininin təəccüblə qarşılandığını bildiriblər.

Qeyd edək ki, Haiti ilə Argentina arasında yoldaşlıq oyunu mayın 26-da keçiriləcək. Gerye yığmaya dəvət olunsa da, istirahət edəcəyini əsas gətirərək, toplanışda iştirak etməyəcəyini bildirib.